XƏBƏRLƏR / İdman

İlham Əliyev Paralimpiya medalçılarını mükafatlandırıb

Bu barədə Prezident Sərəncam imzalayıb

İlham Əliyev Paralimpiya medalçılarını mükafatlandırıb
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Prezident İlham Əliyev Fransanın Paris şəhərində keçirilən XVII Yay Paralimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında Sərəncam imzalayıb.

    Sərəncama əsasən, XVII Yay Paralimpiya Oyunlarında əldə etdikləri yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilib:

    birinci yeri tutan hər bir idmançıya 200 000 manat, onun məşqçisinə 100 000manat;

    ikinci yeri tutan hər bir idmançıya 100 000 manat, onun məşqçisinə 50 000 manat;

    üçüncü yeri tutan hər bir idmançıya 50 000 manat, onun məşqçisinə 25 000 manat.

    Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

    ***

    Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb:

    Həmin Sərəncamla Fransanın Paris şəhərində keçirilən XVII Yay Paralimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə aşağıda adları çəkilən Azərbaycan idmançıları və onların məşqçiləri təltif edilirlər:

    “Şöhrət” ordeni ilə

    Aslanov Orxan Əlövsət oğlu

    Vəliyeva Lamiyə Rövşən qızı

    1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

    Xəlilov İmaməddin Marif oğlu

    Nəcəfzadə Səid Əli oğlu

    2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

    Salei Raman Serqeyeviç

    Zəkiyev İlham Əzizağa oğlu

    3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

    Zeynalov Sabir Elniz oğlu

    1-ci dərəcəli “Əmək” ordeni ilə

    Panyutin Oleq Viktoroviç

    2-ci dərəcəli “Əmək” ordeni ilə

    Culfayev Alavərdi Abasoviç

    Zayets Vladimir Vladimiroviç

    3-cü dərəcəli “Əmək” ordeni ilə

    İbrahimov İbrahim Eldar oğlu

    Kirillov Fyodor Borisoviç

    “Tərəqqi” medalı ilə

    Xəlilov Arif Məmməd oğlu

    İsrafilov Nazim Məhəmmədvəli oğlu

    Şükürov Vüqar Gülağa oğlu

    Tağızadə Fərid Əvəz oğlu

    “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə

    Əliyev Rəşad Rauf oğlu

    Əliyev Tofiq Zöhrab oğlu

    İsrafilov Vəli Rəşadət oğlu

    Zahidov Azad Zakir oğlu.