XƏBƏRLƏR / İdman

Paris 2024: Azərbaycan medal sıralamasında 28-ci yeri tutub

18 idmançı ilə yarışa qatılan ölkəmiz 11 medalı aktivinə yazdırıb

Paris 2024: Azərbaycan medal sıralamasında 28-ci yeri tutub
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Paralimpiya Oyunlarını 28-ci sırada bitirib.

    Yeddi növdə 18 idmançı ilə yarışa qatılan ölkəmiz 4 qızıl, 2 gümüş və 5 bürünc medalı aktivinə yazdırıb.

    İmaməddin Xəlilov (parataekvondo, 70 kq), Səid Nəcəfzadə (T12 kateqoriyası), Orxan Aslanov (T13 kateqoriyası, hər ikisi uzunluğa tullanma) qızıl, Lamiyə Vəliyeva qızıl (100 metr məsafəyə qaçış) və gümüş (400 metr məsafəyə qaçış), Raman Saley gümüş (100 metr məsafəyə arxasıüstə üzmək) və 2 bürünc (100 metr məsafəyə sərbəst və "butterfly" üsulla üzmək), Sabir Zeynalov (parataekvondo, 58 kq), Vəli İsrafilov (100 metr məsafəyə brass üsulu ilə üzmək), İlham Zəkiyev (paracüdo, +90 kq) bürünc medala sahib çıxıblar.

    Siyahıda ilk yeri Çin millisi (94 qızıl, 76 gümüş, 50 bürünc) tutub. Böyük Britaniya (49 qızıl, 44 gümüş, 31 bürünc) ikinci, ABŞ (36 qızıl, 42 gümüş, 27 bürünc) üçüncü olub.

    Müttəfiqlərimiz - Özbəkistan (10 qızıl, 9 gümüş, 7 bürünc) 13-cü, Türkiyə (6 qızıl, 10 gümüş, 12 bürünc) 23-cü yerdədir.