XƏBƏRLƏR / İdman

Premyer Liqa: "Sumqayıt" "Səbail"ə qalib gəlib

XXXVI tura bu gün start verilib

Premyer Liqa:  "Sumqayıt" "Səbail"ə qalib gəlib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 21:48

    Misli Premyer Liqasında sonuncu - XXXVI turunda "Sumqayıt" "Səbail"ə qalib gəlib.

    “ASCO Arena”dakı qarşılaşmada qonaqlar 4:1 hesablı qələbəyə seviniblər.

    Meydan sahiblərinin heyətində Suleyman Alluş (21) fərqlənib. "Gənclik şəhəri" təmsilçisinin qollarını isə Sərdar Taşkın (28), Giorgi Karaişvili (pen.-59), Ronaldo Vaskes (79) və Roy Kehat (90+1) vurublar.

    22 xalla sonuncu - onuncu pillədə qərarlaşan Bakı klubunun I Liqaya düşəcəyi dəqiqləşib. "Sumqayıt" 33 xalla səkkizincidir..

    ***

    09:24

    Misli Premyer Liqasında sonuncu - XXXVI tura bu gün start veriləcək.

    Günün yeganə oyununda "Səbail" "Sumqayıt"ı qəbul edəcək.

    Qarşılaşma “ASCO Arena”da, saat 19:30-da start götürəcək.

    22 xalla sonuncu - onuncu pillədə qərarlaşan Bakı klubunun I Liqaya düşəcəyi dəqiqləşib. "Gənclik şəhəri" təmsilçisi 30 xalla doqquzuncudur.

    Misli Premyer Liqası

    IV dövrə, XXXVI tur

    23 may

    19:30. “Səbail” – “Sumqayıt”

    Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Sevda Nuriyeva, Elvin Bayramov.

    VAR: İnqilab Məmmədov.

    AVAR: Namiq Hüseynov.

    Hakim-inspektor: Vüsal Əliyev.

    AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.

    “ASCO Arena”

    Qeyd edək ki, tura mayın 25-də yekun vurulacaq.