XƏBƏRLƏR / İdman

"Qarabağ" Avstriyadakı sonuncu yoxlama matçında məğlub olub

Kaprun stadionunda baş tutan qarşılaşma rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşı

"Qarabağ" Avstriyadakı sonuncu yoxlama matçında məğlub olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Təlim-məşq toplanışını Avstriyada davam etdirən "Qarabağ" bu gün sonuncu - 4-cü yoxlama matçını keçirib.

    Qurban Qurbanovun baş məşqçisi olduğu komanda 17 qat Avstriya çempionu “Zaltsburq” ilə üz-üzə gəlib.

    Kaprun stadionunda baş tutan qarşılaşma rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

    "Köhlən atlar"ın qolunu Nəriman Axundzadə vurub.

    Qeyd edək ki, hazırlığa iyunun 18-də Bakıda start verən "Qarabağ" Avstriya toplanışını iyulun 16-da başa vuracaq.