Avroliqa: “Qarabağ” Fransa klubuna məğlub olub
Qarşılaşmanın hakim-inspektoru türkiyəli Cüneyt Çakır olub
23:38
“Qarabağ” UEFA Avropa Liqasının Liqa mərhələsində Fransa təmsilçisi “Lion”a məğlub olub.
Ağdam təmsilçisi V turun oyununda 1:4 hesabı ilə uduzub.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçda hesabı 15-ci dəqiqədə qonaqlar açıb. Jorj Mikautadze dəqiq zərbə müəllifi olub. 63-cü dəqiqədə fərq iki topa yüksəlib. Korentin Tolisso toru silkələyib. 68-ci dəqiqədə Malik Fofana meydan sahiblərinin qapısına yol tapıb. 80-ci dəqiqədə Jorj Mikautadze dubl müəllifi olub. Görüşdə yekun hesabı isə Ağdam təmsilçisinin heyətində Juninyo müəyyənləşdirib. Hücumçu 87-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirib.
Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Avropa Liqasında növbəti oyununu dekabrın 12-də İsveç təmsilçisi “Elfsborq”a qarşı keçirəcək.
***
10:08
“Qarabağ” bu gün UEFA Avropa Liqasında növbəti oyununu keçirəcək.
Azərbaycan çempionu Liqa mərhələsinin V turunda Bakıda Fransanın “Lion” klubunu qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika Stadionunda reallaşacaq görüş saat 21:45-də start götürəcək. Matçı serbiyalı FIFA referisi Nenad Minakoviç idarə edəcək. Qarşılaşmanın hakim-inspektoru isə türkiyəli Cüneyt Çakır olacaq.
Qeyd edək ki, 4 turdan sonra “Qarabağ” 3 xalla 29-cu pillədə qərarlaşıb. “Lion” isə 7 xalla 9-cu sırada yer alıb.