XƏBƏRLƏR / İdman

“Paris-2024”: Azərbaycan triatlonçusu çıxışını başa vurub

İdmançı finiş xəttinə 43-cü çatıb

“Paris-2024”: Azərbaycan triatlonçusu çıxışını başa vurub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan triatlonçusu Rostislav Pevtsov “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

    İdmançı finiş xəttinə 43-cü çatıb. Ümumi məsafəni 1 saat 50 dəqiqə 36 saniyəyə qət edən R.Pevtsov turnirlə vidalaşıb.

    Xatırladaq ki, ötən gün keçirilməli olan triatlon yarışı Sena çayında suyun keyfiyyətinin aşağı olması səbəbindən təxirə salınmışdı.

    Paris Olimpiadasına avqustun 11-də yekun vurulacaq.