Azərbaycan Premyer Liqasında 29-cu turun oyunları keçirilib.
İkinci oyun gününün ikinci qarşılaşması Tofiq Bəhramov adına Respublika stadionunda baş tutub.
Burada çempionluğu artıq təmin etmiş “Qarabağ” “Səbail”i sınağa çəkib. Altı qolluq matçın yekununda Ağdam klubu sevinib.
Xatırladaq ki, turun ötən gün baş tutmuş ilk oyununda “Araz-Naxçıvan” “Kəpəz”ə uduzub – 1:2. Bu gün isə “Turan Tovuz” “Sabah”ı 2:0 hesabı ilə məğlub edib. “Zirə” – “Qəbələ” və “Neftçi” – “Sumqayıt” oyunları sabah keçiriləcək.