XƏBƏRLƏR / İdman

İdmançılarımız Paralimpiya Oyunlarını 11 medalla başa vurub

Azərbaycan paralimpiyaçıları Parisdə 4 qızıl, 2 gümüş və 5 bürünc medal qazanıblar

İdmançılarımız Paralimpiya Oyunlarını 11 medalla başa vurub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan paralimpiyaçıları "Paris-2024" Yay Paralimpiya Oyunlarını 11 medalla başa vurublar.

    Son olaraq paraüzgüçü Raman Saley fəxri kürsüyə qalxıb.

    S12 kateqoriyasında çıxış edən idmançı 100 metr məsafəyə "butterfly" (kəpənək) üzmə üsulunda 58.13 saniyə nəticə ilə üçüncü yeri tutub.

    Beləliklə, Azərbaycan paralimpiyaçıları nüfuzlu yarışda 4 qızıl, 2 gümüş və 5 bürünc medal qazanıblar.