XƏBƏRLƏR / İdman

“Paris-2024”: Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib

Gərgin və maraqlı keçən görüş komandamızın 20:17 hesablı qələbəsi ilə yekunlaşıb

“Paris-2024”: Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi “Paris-2024” Yay Olimpiya Oyunlarında ikinci oyununa çıxıb.

    Yığma bu dəfə ABŞ seçməsi ilə üz-üzə gəlib. Gərgin və maraqlı keçən görüş komandamızın 20:17 hesablı qələbəsi ilə yekunlaşıb.

    Qeyd edək ki, komandamız ilk matçında İspaniyaya 20:17 hesabı ilə məğlub olub.