Messi İlham Əliyevin nəvələri ilə də görüşüb
Məşhur futbolçunun “Baku Crystall Hall”da "Messi və dostları"nın iştirakı ilə tədbir keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin nəvələri Əli, Mikayıl və Əminə Bakıda olan dünya futbolunun canlı əfsanəsi Lionel Messi ilə fotolarını sosial şəbəkələrdə paylaşıblar.
Məşhur argentinalı ilə yanaşı, onun dostları, Amerikanın “İnter Mayami” komandasındakı komanda yoldaşları Luis Suares, Xordi Alba və Serxio Buskets də Bakıdadır.
Ötən gecə dünya futbol ulduzları Bakıya gəlib. Bu anlarda “Baku Crystall Hall”da Messi və dostlarının iştirakı ilə tədbir başlayır.