Növbəti finalçı Fransa oldu
Dünya çempionatı çərçivəsində Mərakeş yığması Fransa ilə üz-üzə gəlib
![Növbəti finalçı Fransa oldu](/uploads/images/2022/12/rs/image_750x_639ab280637d1-750-1080-resize.webp)
Dünya çempionatının yarımfinalında Mərakeş yığması Fransa ilə üz-üzə gəlib. Afrika təmsilçisini 2:0 hesabı ilə məğlub edən Fransa millisi həlledici qarşılaşmada Argentinaya rəqib olub.
Beləliklə, dekabrın 18-də oynanılacaq final görüşündə Argentina və Fransa kollektivləri üz-üzə gələcəklər. Bir gün öncə isə Mərakeş və Xorvatiya seçmələri 3-cü yer uğrunda oyunda qarşılaşacaqlar.