Fernandu Santuş AFFA İcraiyyə Komitəsinə hesabat verəcək
Qurum növbəti iclasını gələn ay keçirməyi planlaşdırır
Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş dekabrda AFFA İcraiyyə Komitəsinə hesabat verəcək.
Qurum növbəti iclasını gələn ay keçirməyi planlaşdırır.
Qeyd edək ki, Azərbaycan yığması 70 yaşlı portuqaliyalı mütəxəssisin rəhbərliyi altında Millətlər Liqasının C Liqasında yer aldığı I qrupu 1 xalla sonuncu pillədə başa vurub və D Liqasına düşüb. Komanda son iki oyunda Qəbələdə Estoniya ilə heç-heçə (0:0) edib, səfərdə İsveç yığmasına 0:6 hesabı ilə məğlub olub.