XƏBƏRLƏR / İdman

DÇ-2022-də bu günün oyunları

Qətərdə təşkil olunan dünya çempionatının qrup mərhələsində bu gün daha 4 oyun keçiriləcək

DÇ-2022-də bu günün oyunları
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Dünya çempionatının qrup mərhələsində günün ilk görüşü G qrupunda baş tutacaq. Bakı vaxtı ilə saat 14:00-da start götürəcək qarşılaşmada İsveçrə və Kamerun yığmaları münasibətlərinə aydınlıq gətirəcəklər. Bu qrupun digər matçında isə Braziliya milli komandası Serbiya ilə üz-üzə gələcək. Həmin görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

    H qrupunda Uruqvay və Cənubi Koreya yığmaları Bakı vaxtı ilə saat 17:00-da, Portuqaliya və Qana seçmələri isə saat 20:00-da qarşılaşacaqlar.

    DÇ-2022

    24 noyabr

    G qrupu

    14:00. İsveçrə - Kamerun

    Baş hakim: Fakundo Telyo (Argentina)

    "Əl-Canub" stadionu

    23:00. Braziliya - Serbiya

    Baş hakim: Alireza Faqani (İran)

    "Lusail" stadionu

    H qrupu

    17:00. Uruqvay - Cənubi Koreya

    Baş hakim: Kleman Türpen (Fransa)

    "Edyukeyşn Siti" stadionu

    20:00. Portuqaliya - Qana

    Baş hakim: İsmail Elfat (ABŞ)

    "Stadiium 974" arenası

    Qeyd edək ki, dünya çempionatına dekabrın 18-də yekun vurulacaq.