Qurban Qurbanov: “Nyukasl”ın zəif tərəfləri yoxdur
Bunu “Qarabağ”ın baş məşqçisi jurnalistlərə deyib
"Çempionlar Liqasının pley-off mərhələsində Bakıda İngiltərənin “Nyukasl” komandası ilə keçirəcəyimiz oyunun hazırlıqlarına başlamışıq."
Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
O, rəqibin zəif tərəflərinin olmadığını söyləyib: “Rəqibimizin ancaq güclü tərəfləri var. Ümumən hazırlıqlarımız gedir. Amma bizim qarşıda çempionat oyunlarımız var. Premyer Liqadakı matçımızı keçirdikdən sonra “Nyukasl”la görüşün hazırlıqlarına tam köklənəcəyik”.
Qeyd edək ki, fevralın 18-də keçiriləcək “Qarabağ” – “Nyukasl” oyunu saat 21:45-də başlayacaq.
Bu arada Misli Premyer Liqasının XXI turunun "Neftçi" - "Qarabağ" oyunu ilə bağlı qərar qəbul olunub.
Peşəkar Futbol Liqasının rəsmi saytında bildirilib ki, Azərbaycanı Çempionlar Liqasında təmsil edən “Qarabağ”ın rəsmi müraciəti, “Neftçi"nin razılıqla bağlı rəsmi cavabı əsasında görüş təxirə salınıb.
1 dəqiqə