"Qarabağ"ın Liqa mərhələsindəki rəqibləri bəlli olub VİDEO

Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin püşkatma mərasimi keçirilib YENİLƏNİB

  • Oxuma müddəti:

    2 dəqiqə

  • 21:08

    UEFA Çempionlar Liqasında əsas mərhələnin püşkü atılıb.

    Fransanın Monako şəhərində keçirilə püşkatma mərasimində Azərbaycan təmsilçisi "Qarabağ"ın da rəqibləri bəlli olub.

    Ağdam klubu Liqa mərhələsində komandaları ilə oynayacaq. "Qarabağ" səkkiz matçda dördünü evdə, dördünü isə səfərdə keçirəcək.

    “Qarabağ” - “Çelsi” (İngiltərə)

    “Liverpul” (İngiltərə) - “Qarabağ”

    “Benfika” (Portuqaliya) - “Qarabağ”

    “Qarabağ” - “Ayantraxt” (Almaniya)

    “Qarabağ” - “Ayaks” (Niderland)

    “Napoli” (İtaliya) - “Qarabağ”

    “Atletik” (İspaniya) - “Qarabağ”

    “Qarabağ” - “Kopenhagen” (Danimarka)

    Qeyd edək ki, UEFA Çempionlar Liqasının əsas raundunda ilk turun görüşləri sentyabrın 16-18-də təşkil olunacaq. Pley-off mərhələsinə fevralın 17-18-də start veriləcək. Final qarşılaşması isə mayın 30-da Macarıstanın paytaxtı Budapeştdə reallaşacaq.

    ***

    21:02

    "Qarabağ"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsində qarşılaşacağı 6 komandanın adı bəlli olub.

    "Köhlən atlar"ın III səbətdən "Ayaks" (Niderland) və "Napoli" (İtaliya) klubları ilə üz-üzə gələcəyi müəyyənləşib.

    Qeyd edək ki, Ağdam təmsilçisi I səbətdən İngiltərənin "Çelsi" və "Liverpul", II səbətdən isə "Benfika" (Portuqaliya) və "Ayntraxt" (Frankfurt, Almaniya) klublarına rəqib olub.

    ***

    "Qarabağ"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsində daha iki rəqibi müəyyənləşib.

    "Köhlən atlar"ın növbəti rəqibləri "Benfika" (Portuqaliya) və "Ayntraxt" (Frankfurt, Almaniya) kollektivləridir.

    Qeyd edək ki, Ağdam təmsilçisi I səbətdən İngiltərənin "Çelsi" və "Liverpul" komandalarına rəqib olub.

    ***

    "Qarabağ"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsində ilk rəqibləri müəyyənləşib.

    "Köhlən atlar" ilk rəqibləri İngiltərənin "Çelsi" və "Liverpul" komandaları olub.