5 azərbaycanlı ağır atletin İrəvana gedəcəyi təsdiqləndi
Aprelin 15-dən 23-dək Ermənistanda ağır atletika üzrə Avropa çempionatı keçiriləcək
Ermənistan ağır atletika federasiyası xüsusi məlumat yayıb. Məlumatda deyilir: “Azərbaycan İrəvanda keçiriləcək ağır atletika üzrə Avropa çempionatında iştirakını rəsmən təsdiqləyib və idmançılarının təhlükəsizliyini təmin etməyi xahiş edib. İrəvanın Karen Dəmirçyan adına İdman-Konsert zalında aprelin 15-dən aprelin 23-dək keçiriləcək yarışda 5 azərbaycanlı ağır atlet iştirak edəcək”.