XƏBƏRLƏR / İdman

Asiya Cüdo Kubokunda 5 idmançımızın hamısı medal qazanıb

Cüdoçu qızlarıız ümumilikdə 2 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıblar

Asiya Cüdo Kubokunda 5 idmançımızın hamısı medal qazanıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycandan olan beş idmançının hamısı Asiya Cüdo Kubokunda medal qazanıb.

    İordaniyanın paytaxtı Əmmanda keçirilən yarışın ilk gününün nəticələri:

    • Qızıl: Gülnaz Hüseynova (48 kq) və Ayan Əliyeva (63 kq).
    • Gümüş: Gülgəz Musayeva (48 kq) və Aytən Verdiyeva (57 kq).
    • Bürünc: Çinarə Sadıqova (52 kq).

    Azərbaycan komandası qadınlar arasında medal sıralamasında birinci, ümumi komanda sıralamasında isə ikinci yeri tutub.