XƏBƏRLƏR / İdman

Premyer Liqa: "Araz-Naxçıvan" bu gün "Zirə"nin qonağı olacaq

Qarşılaşma Zirə İdman Kompleksinin stadionunda, saat 20:00-da start götürəcək

Premyer Liqa: "Araz-Naxçıvan" bu gün "Zirə"nin qonağı olacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Misli Premyer Liqasında ilk turun daha bir oyunu bu gün keçiriləcək.

    "Araz-Naxçıvan" "Zirə"nin qonağı olacaq.

    Qarşılaşma Zirə İdman Kompleksinin stadionunda, saat 20:00-da start götürəcək. Matçı Rəvan Həmzəzadənin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.

    Misli Premyer Liqası

    1-ci dövrə, I tur

    19 avqust

    20:00. “Zirə” – “Araz-Naxçıvan”
    Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Kərim Zeynalov, Elvin Bayramov.
    VAR: Nicat İsmayıllı.
    AVAR: Asiman Əzizli.
    Hakim-inspektor: Ömər Paşayev.
    AFFA nümayəndəsi: Seymur Səlimli.
    Zirə İdman Kompleksinin stadionu

    Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sumqayıt" "Kəpəz"i 3:0, "Turan Tovuz" "İmişli"ni 1:0 hesabı ilə üstələyib. "Neftçi" - "Şamaxı" və "Karvan-Yevlax" - "Qəbələ" matçlarında heç-heçə (1:1 )qeydə alınıb. "Sabah" - "Qarabağ" matçı isə təxirə salınıb.