XƏBƏRLƏR / İdman

“Qarabağ” “Şkendiya”ya böyük hesabla qalib gəlib

YENİLƏNİB

“Qarabağ” “Şkendiya”ya böyük hesabla qalib gəlib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 21:57

    UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Bakıda “Qarabağ” və “Şkendiya” komandaları arasında keçirilən cavab oyunu başa çatıb.

    Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən görüş Ağdam təmsilçisinin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.

    Qolları Kadi Borges, Nəriman Axundzadə, Marko Yankoviç və Leandro Andrade vurublar. Digər qolu isə rəqib öz qapısından keçirib.

    “Şkendiya”nın heyətində yeganə qola Fabris Tamba imza atıb.

    Bununla da “Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb.

    Matçı niderlandlı FIFA referisi Denni Makkeli idarə edib.

    Komandalar arasında ilk matç Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşmışdı.

    Qeyd edək ki, Qurban Qurbanovun kollektivi pley-off mərhələsində “Ludoqorets” (Bolqarıstan) – “Ferensvaroş” (Macarıstan) duelinin güclüsü ilə qarşılaşacaq.

    ***

    09:21

    Bu gün "Qarabağ" UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununa çıxacaq.

    Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Bakıda Şimali Makedoniya təmsilçisi "Şkendiya" ilə üz-üzə gələcək.

    Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da start götürəcək. Matçı niderlandlı Danni Makkeli idarə edəcək.

    Skopyedəki ilk oyunda Azərbaycan çempionu 1 cavabsız qolla qalib gəlib.

    Qeyd edək ki, bu cütün qalibi pley-offda “Ludoqorets” (Bolqarıstan) - “Ferentsvaroş” (Macarıstan) duelinin güclüsü ilə qarşılaşacaq. Məğlub tərəf isə eyni cütün məğlubu ilə UEFA Avropa Liqasının pley-offunda görüşəcək.