Çempionlar Liqası: “Zirə”nin rəqibi məlum olub YENİLƏNİB
Bu gün İsveçrənin Nyon şəhərində püşkatma keçirilib

16:26
"Zirə" komandasının UEFA Konfrans Liqasının I təsnifat mərhələsindəki rəqibi bəlli olub.
Paytaxt təmsilçisi bu raundda "Hayduk" (Xorvatiya) ilə üz-üzə gələcək.
Qeyd edək ki, UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin görüşləri iyulun 24-ü və 31-də keçiriləcək.
***
15:24
"Sabah"ın UEFA Avropa Liqasının II təsnifat mərhələsində potensial rəqibi müəyyənləşib.
Paytaxt təmsilçisi birinci təsnifat mərhələsini adlayacağı təqdirdə, növbəti raundda AEK (Kipr) – “Partizan” (Serbiya) cütünün qalibi ilə qarşılaşacaq.
Bu mərhələnin ilk oyunları 24 iyul, cavab görüşləri isə 31 iyul tarixində təşkil olunacaq. Təmsilçimiz növbəti mərhələyə vəsiqə qazanarsa, ilk oyununu öz meydanında keçirəcək.
Qeyd edək ki, “Sabah” UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində Sloveniyanın “Sele” klubu ilə qarşılaşacaq. Komanda ilk oyununu iyulun 10-da evdə, cavab görüşünü isə 17-də səfərdə keçirəcək.
***
14:19
"Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.
İsveçrənin Nyon şəhərində keçirilən püşkatmanın nəticəsinə görə, Ağdam klubu "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq.
Təmsilçimiz ilk oyuna səfərdə, cavab oyununda isə doğma azarkeşləri qarşısında çıxacaq.
Qeyd edək ki, II təsnifat mərhələsində ilk görüş iyulun 22-də və ya 23-də, cavab qarşılaşması 29-da və ya 30-də baş tutacaq.