XƏBƏRLƏR / İdman

“Qalatasaray” Çempionlar Liqasında mübarizəyə başlayır

Türkiyə təmsilçisi Portuqaliyada "Sportinq"lə qarşılaşacaq

“Qalatasaray” Çempionlar Liqasında mübarizəyə başlayır
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Bu gün UEFA Çempionlar Liqasında əsas mərhələnin I turunun növbəti oyunları keçiriləcək.

    İkinci oyun günündə 6 qarşılaşma baş tutacaq. Türkiyə təmsilçisi "Qalatasaray" Portuqaliyada "Sportinq"lə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

    Gecənin maraqla gözlənilən digər matçlarında İspaniyanın “Barselona” klubu Niderland təmsilçisi “Feyenoord”u, İngiltərənin “Liverpul” kollektivi İspaniyanın “Atletiko” komandasını, İtaliya “Napoli”si İngiltərə “Arsenal”ını, Fransa PSJ-si isə Slovakiya “Slovan”ını sınağa çəkəcək.

    9 sentyabr

    UEFA Çempionlar Liqası

    Liqa mərhələsi

    I tur

    20:45. "Ştutqart" (Almaniya) - "Vikinq" (Norveç)

    20:45. "Barselona" (İspaniya) - "Feyenoord" (Niderland)

    23:00. "Liverpul" (İngiltərə) - "Atletiko" (İspaniya)

    23:00. "Napoli" (İtaliya) - "Arsenal" (İngiltərə)

    23:00. PSJ (Fransa) - "Slovan" (Slovakiya)

    23:00. "Sportinq" (Portuqaliya) - "Qalatasaray" (Türkiyə)

    Qeyd edək ki, I turun sonuncu görüşləri sentyabrın 10-da keçiriləcək. Azərbaycan çempionu “Sabah” həmin gün İngiltərədə “Mançester Yunayted”lə üz-üzə gələcək.