XƏBƏRLƏR / İdman

"Qarabağ" klubu dünya reytinqində irəliləyib

Ölkə kubokunun qalibi - "Sabah" isə 50 pillə irəliləyib

"Qarabağ" klubu dünya reytinqində irəliləyib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • "Qarabağ" klubu Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı dünya reytinqində beş pillə irəliləyib.

    Qurumun rəsmi saytı xəbər verir ki, Azərbaycan çempionu 144,75 xalla 119-cu sıradadır.

    "Zirə" (95,75 xal) 233-cü mövqedən 232-yə qalxıb. "Sabah" komandası 50 pillə irəliləyib. Ölkə kubokunun qalibi 76 xalla 317-ci olub.

    "Araz-Naxçıvan" isə 61,25 xalla 446-cıdır. Naxçıvan təmsilçisi əvvəlki reytinqdə 454-cü idi.

    Qeyd edək ki, birinci pillədə İspaniya təmsilçisi "Real" (470 xal) qərarlaşıb. "Barselona" (434 xal) ikinci, İtaliyanın "İnter" klubu (419) üçüncüdür.