XƏBƏRLƏR / İdman

Sərbəst güləş üzrə Azərbaycan yığmas Avropa çempionu olub

İki qızıl, dörd gümüş və bir bürünc medal qazanan yığma tarixdə ikinci dəfə turnirin qalibi olub

Sərbəst güləş üzrə Azərbaycan yığmas Avropa çempionu olub
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Sərbəst güləş üzrə Azərbaycan yığması rekord xalla Avropa çempionu olub.

    İtaliyanın Kaorle şəhərində keçirilən 15 yaşadək idmançılar arasında Avropa çempionatında sərbəst güləş üzrə Azərbaycan yığması rekord xalla birinci yeri tutub.

    2 qızıl, 4 gümüş və 1 bürünc medal qazanan yığma tarixdə ikinci dəfə turnirin çempionu olmasına imkan yaradıb.

    161 xal toplayan komandamız 2023-cü ildə müəyyən etdiyi öz rekordunu yeniləyib (145 xal və ikinci yer). Qeyd edək ki, Azərbaycan komandası 2-ci yeri tutan (114 xal) Ermənistan komandasına inamla qalib gəlib. Üçüncü yeri Ukrayna komandası (91) tutub.

    İdmançılarımız arasında Avropa çempionu Hüseyn Rzazadə (41 kq) və Elgün Kərimli (85 kq), gümüşü Cavanşir Süleymanov (38 kq), İbrahim Həsənov (44 kq), Əkbər Əsgərov (48 kq) və Mehdi Həsənli (62 kq), bürünc medalı isə (6 kq) Xəyal Şükürlü qazanıb.