XƏBƏRLƏR / İdman

III MDB Oyunlarında 246 medal dəsti uğrunda mübarizə olacaq

Yarışlar 12 idman məkanında keçiriləcək

III MDB Oyunlarında 246 medal dəsti uğrunda mübarizə olacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanda keçiriləcək III MDB Oyunlarında 23 idman növü üzrə 246 medal dəsti uğrunda mübarizə baş tutacaq.

    Bu barədə Bakı Şəhər Halqasından məlumat verilib.

    Ən çox medal dəsti (40) üzgüçülük üzrə olacaq. Komanda idman növlərində – futbol, voleybol, 3x3 basketbol və çövkən üzrə də qaliblər və ən dəyərli oyunçular (MVP) müəyyənləşəcək.

    Yarışlar 12 idman məkanında keçiriləcək.

    Qeyd edək ki, III MDB Oyunları 2025-ci il 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə təşkil olunacaq. Ümumilikdə oyunlarda MDB-yə üzv və dəvət edilmiş ölkələrin idmançı və rəsmi nümayəndələrin iştirakı gözlənilir.