Bu gün keçirilən iki oyun heç-heçə ilə yekunlaşıb YENİLƏNİB
"Qarabağ" "Kəpəz"lə, “Sabah” “Zirə” ilə qarşılaşıb

22:50
Futbol üzrə Misli Premyer Liqasının XXVII turunda növbəti oyunlar keçirilib.
İlk olaraq “Kəpəz” Tovuz şəhər stadionunda “Qarabağ”ı qəbul edib. Qarşılaşma qolsuz heç-heçə ilə yekunlaşıb.
Günün ikinci matçında "Zirə" "Sabah"ın qonağı olub. "Bank Respublika Arena"da təşkil olunan görüş də bərabərliklə başa çatıb - 1:1.
Hazırda Ağdam təmsilçisi 64 xalla turnir cədvəlinə başçılıq edir. "Zirə" 52 xalla ikinci, "Sabah" 35 xalla beşinci, Gəncə klubu isə 23 xalla doqquzuncu pillədə yer alır.
Qeyd edək ki, turun ötən gün "Araz-Naxçıvan" və "Şamaxı" komandaları arasında keçirilmiş açılış oyununda 1:1 hesablı heç-heçə qeydə alınıb.
***
09:31
Futbol üzrə Misli Premyer Liqasının XXVII turunda bu gün "Qarabağ" "Kəpəz"lə qarşılaşacaq.
Tovuz şəhər stadionuda keçiriləcək oyunun start fiti saat 17:00-da səslənəcək.
Günün növbəti matçında isə "Sabah" "Zirə" ilə münasibətlərinə aydınlıq gətiurəcək. "Bank Respublika Arena"da reallaşacaq qarşılaşma saat 19:30-da başlayacaq.
63 xalı olan "Qarabağ" turnir cədvəlində liderdir. Ağdam təmsilçisini 51 xalla "Zirə" təqib edir. 34 xalı olan "Sabah" beşinci, 22 xala malik "Kəpəz" isə doqquzuncudur.
Misli Premyer Liqası
III dövrə, XXVII tur
15 mart
17:00. “Kəpəz” – “Qarabağ”
Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Rəhman İmami, Rəvan Həmzəzadə.
VAR: Cavid Cəlilov.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Tovuz şəhər stadionu
19:30. “Sabah” – “Zirə”
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Teymur Teymurov, Əli Əliyev.
VAR: Nicat İsmayılov.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
"Bank Respublika Arena"
Qeyd edək ki, turun açılış matçında "Araz-Naxçıvan" "Şamaxı" ilə heç-heçəyə razılaşıb - 1:1.