
23:42
Futbol üzrə Azərbaycan millisi yoldaşlıq görüşündə Haiti yığmasına məğlub olub.
Rəqibini Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda qəbul edən yığma 2025-ci ildəki ilk oyununda 0:3 hesabı ilə uduzub.
Rəqibin heyətində F.Pyerro (9, 63) dubl müəllifi olub. Digər qolu isə Jan Jak (83) aktivinə yazdırıb.
Millimizin heyətində 84-cü dəqiqədə Elvin Cəfərquliyev qırmızı vərəqə alaraq meydandan qovulub.
Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv üç gün sonra "Bank Respublika Arena"da Belarus seçməsini sınağa çəkəcək.
***
23:24
Yoxlama oyununda üz-üzə gələn Azərbaycan və Haiti millilərinin duelində üçüncü qol vurulub.
Sumqayıtdakı Mehdi Hüseynzadə adına şəhər stadionunda qonaqlar hesabı 3:0 hesabı ilə öndədirlər.
83-cü dəqiqədə Jan Jak dəqiq zərbə müəllifi olub.
***
23:10
Yoxlama oyununda üz-üzə gələn Azərbaycan və Haiti millilərinin duelində ikinci qol vurulub.
Sumqayıtdakı Mehdi Hüseynzadə adına şəhər stadionunda qonaqlar hesabı 2:0 hesabı ilə öndədirlər.
63-cü dəqiqədə Pyerro dubl müəllifi olub.
***
22:12
Yoxlama oyununda üz-üzə gələn Azərbaycan və Haiti millilərinin duelində hesab açılıb.
Sumqayıtdakı Mehdi Hüseynzadə adına şəhər stadionunda qonaqlar hesabda irəli çıxıblar.
9-cu dəqiqədə Pyerro adını tabloya yazdırıb.
***
Futbol üzrə Azərbaycan milli komandası yoxlama oyununda Haiti ilə qarşılaşır.
Görüş Sumqayıtdakı Mehdi Hüseynzadə adına şəhər stadionunda keçirilir.
Matçı türkiyəli baş hakim Kadir Sağlam idarə edir.