Azərbaycan boksçusu Avropa çempionu olub
Sübhan Mamedov finalda 4:1 hesabı ilə Bair Batlayevi (Rusiya) məğlub edib
Azərbaycan boksçusu Sübhan Mamedov Avropa çempionu olub
Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, 50 kq çəki dərəcəsində mübarizə aparan millinin üzvü bu titula Bolqarıstanın paytaxtı Sofiyada yiyələnib.
Dünya çempionu və U-23 Avropa çempionatının qalibi finalda Bair Batlayevi (Rusiya) məğlub edib.
Hər 3 raundu xeyrinə bitirən Mamedov yekunda 4:1 (30:27, 29:28, 28:29, 30:27, 29:28) hesabı ilə qalib gələrək Avropa çempionatının qızıl medalını qazanıb və Sofiyada Azərbaycan himnini səsləndirib.
@reportnewsaz
1 dəqiqədən az