XƏBƏRLƏR / İdman

Gürcüstan millisi Ermənistan yığmasını 6:1 darmadağın edib

Oyun UEFA Millətlər Liqası çərçivəsində keçirilib

Gürcüstan millisi Ermənistan yığmasını 6:1 darmadağın edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • UEFA Millətlər Liqasının pley-off mərhələsinin cavab oyunları keçirilir.

    Bu barədə "Sputnik Gürcüstan" xəbər verib.

    Günün ilk matçında Gürcüstan millisi Ermənistanı qəbul edib.

    Görüşə yaxşı başlayan ev sahibləri ilk 35 dəqiqədə rəqib qapısına 5 top vurublar.

    Oyun gürcülərin 6:1 hesablı qələbəsi ilə başa çatıb.

    Qeyd edək ki, ilk oyunda da Gürcüstan millisi Ermənustan yığmasını İrəvanda 3:0 məğlub etmişdi.