XƏBƏRLƏR / İdman

Daha üç yunan-Roma güləşçiimiz mübarizəyə başlayır

Qazaxıstanın paytaxtı Astanada güləş üzrə dünya çempionatı keçirilir YENİLƏNİB

Daha üç yunan-Roma güləşçiimiz mübarizəyə başlayır
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 09:55

    Azərbaycanın yunan-Roma güləşçisi Murad Əhmədiyev (97 kq) Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatını medalsız başa vurub.

    25 yaşlı idmançı təsəlliverici görüşdə Markus Raqqinqerə (Avstriya) uduzub.

    Qarşılaşma rəqibin 5:1 hesablı qələbəsi ilə bitib.

    Bu gün yunan-Roma güləşçilərindən Nihat Məmmədli (63 kq), Həsrət Cəfərov (67 kq) və İslam Abbasov (87 kq) mübarizəyə başlayacaq.

    Xatırladaq ki, mundial noyabrın 1-də başa çatacaq. Daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl medal qazanıb.

    ***

    09:10


    Azərbaycanın daha üç yunan-Roma güləşçisi Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında bu gün mübarizəyə start verəcək.

    Nihat Məmmədli (63 kq), Həsrət Cəfərov (67 kq) və İslam Abbasov (87 kq) xalça üzərinə çıxacaqlar.

    N.Məmmədli ilk görüşünü ABŞ təmsilçisi Xavyer Consona (ABŞ) qarşı keçirəcək. İ.Abbasov türkiyəli Ali Cengizlə qarşılaşacaq. H.Cəfərov isə ilk görüşdən azaddır.

    Bundan əlavə, Murad Əhmədiyev (97 kq) təsəlliverici qarşılaşmada qüvvəsini sınayacaq. Onun rəqibi Markus Raqqinqer (Avstriya) olacaq.

    Xatırladaq ki, mundial noyabrın 1-də başa çatacaq. Daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl medal qazanıb.