XƏBƏRLƏR / İdman

"Qarabağ" “Newcastle” klubu ilə qarşılaşacaq NƏTİCƏLƏR

YENİLƏNİB

"Qarabağ" “Newcastle” klubu ilə qarşılaşacaq NƏTİCƏLƏR
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 21:00

    UEFA Çempionlar Liqasının pley-off mərhələsində üz-üzə gələcək "Qarabağ" və "Nyukasl" (İngiltərə) komandalarının oyunlarının keçiriləcəyi tarix və başlama saatları müəyyənləşib.

    "Köhlən atlar" ilk matçını fevralın 18-də, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

    Qarşılaşma saat 21:45-də başlayacaq.

    Fevralın 24-də, İngiltərədə baş tutacaq cavab görüşü isə Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

    ***

    15:29

    UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.

    İsveçrənin Nyon şəhərində baş tutan tədbirdə Azərbaycan təmsilçisi "Qarabağ"ın da rəqibi bəlli olub.

    Azərbaycan çempionu 1/8 finala gedən yolda İngiltərənin “Newcastle” klubu ilə üz-üzə gələcək.

    Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları fevralın 17-18-də, cavab matçları isə 24-25-də təşkil olunacaq. “Qarabağ” bu raundda ilk görüşü Bakıda keçirəcək.

    Bu cütün qalibi 1/8 finalda İngiltərənin "Çelsi" və ya İspaniyanın "Barselona" komandaları ilə oynayacaq.


    UEFA-nın baş katibinin müavini Corco Marketti "Qarabağ" komandasının UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edib.

    O, bu barədə İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasimində deyib. Qurum rəsmisi Ağdam təmsilçisinin pley-off mərhələsinə vəsiqə qazanmaqla hər kəsi təəccübləndirdiyini bildirib.

    Qeyd edək ki, “Qarabağ” liqa mərhələsini 10 xalla 22-ci pillədə başa vurub.

    ***

    15:00

    BİRBAŞA

    Bu gün Bakı vaxtı ilə saat 15:00-da İsveçrənin Nyon şəhərində Çempionlar Liqasının pley-off mərhələsinin və ya 1/32 final mərhələsinin püşkü atılacaq.

    ***

    Azərbaycan çempionu “Qarabağ” da rəqibini tapacaq. Qurban Qurbanovun komandası əsas mərhələnin səkkiz turundan sonra 22-ci yeri tutaraq Azərbaycan futbolu tarixində ilk dəfə Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb.

    Reqlamentə əsasən, 21 və 22-ci yerləri tutan komandalar 1/32 finalda 11 və 12-ci yerləri tutan klublarla qarşılaşacaqlar. Beləliklə, Fransa “Monako”su (21-ci yer) və “Qarabağ” hazırkı Çempionlar Liqasının qalibi, Fransa “PSJ”si (11-ci yer) və İngiltərə “Nyukasl”ı (12-ci yer) ilə qarşılaşa bilərlər.