XƏBƏRLƏR / İdman

Xavyer Zanetti Azərbaycana gələcək

Bu haqda o, öz instagram hesabında paylaşım edib

Xavyer Zanetti Azərbaycana gələcək
Xavyer Zanetti
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İtaliyanın “İnter” klubunun vitse-prezidenti, argentinalı sabiq futbolçu Xavyer Zanetti Azərbaycana gələcək.

    Bu haqda o, öz instagram hesabında paylaşım edib.

    Zanetti Azərbaycanda fəaliyyət göstərən “İnter” akademiyasının üzvləri ilə görüşmək üçün ölkəmizə səfər edəcəyini bildirib.

    Qeyd edək ki, Xavyer 1995-2014-cü illərdə “İnter”də futbolçu kimi çıxış edib.