Bu gün Formula 1 Azərbaycan Qran-Prisinə start verilir
10 komandadan 20 pilotun birincilik uğrunda mübarizə aparacağı yarış trekinin uzunluğu 6 kilometrdir
13:40
Aprelin 28-də saat 13:30-da Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin sərbəst yürüşünə start verilib.
Yürüşə hər biri iki pilotdan ibarət 10 komanda qatılıb.
“Mercedes” komandasının heyətində Luis Hamilton və Corc Rassel, “Ferrari” komandasında Karlos Sayns və Şarls Lekler, “Williams”ın heyətində Aleksander Albon və Loqan Sarjent yarışırlar. “Red Bull Racing” komandasında Serxio Peres, Maks Ferstappen, “Alpha Tauri”də Nik de Vris və Yuki Tsunoda, “Alpine”da isə Pyer Qasli ilə Esteban Okon mübarizə aparırlar. Bundan başqa, “Alfa Romeo”nun heyətində Valtteri Bottas və Cou Quanju, “McLaren”də Oskar Piastri və Lando Norris yürüşdə iştirak edirlər. Pilotlar Niko Hulkenberq və Kevin Maqnussen “Haas”, Fernando Alonso və Lans Stroll "Aston Martin" komandasının idman şərəfini qoruyurlar.
Yürüş iştirakçıları bir saat ərzində 6 kilometrlik Bakı şəhər halqasında yarışırlar.
Bu gün, həmçinin pilotların düzülüşünü müəyyən edəcək yarış keçiriləcək.
Formula 1 üzrə dünya çempionatının cari mövsümü 24 mərhələdən ibarətdir. Qran-Prinin dördüncü mərhələsinə Bakı ev sahibliyi edir. Altı kilometr uzunluğu olan və saat əqrəbi istiqamətinin əksinə hərəkət edən trek məşhur almaniyalı memar Hermann Tilke tərəfindən hazırlanıb. Azadlıq meydanından başlayan trek Hökumət Evinin ətrafı ilə fırlanaraq Qız qalasına çatmaq üçün İçərişəhər ətrafında 2,2 kilometr dairə vurur və Neftçilər prospektinə çıxaraq başlanğıc yerində sona çatır. Trekin ən geniş yerinin eni 13 metrdir, ən dar hissəsi trekin İçərişəhər ətrafında olan hissələrində, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir.
Qeyd edək ki, Azərbaycan Formula 1 yarışlarına yeddinci dəfədir ev sahibliyi edir.
Dünya çempionatının Azərbaycan mərhələsində hər il müxtəlif pilotlar qalib gəlib. Azərbaycan Qran-Prisinin nəticəsinin gözlənilməzliyi onu daha da möhtəşəm edir. Formula 1 mütəxəssisləri buna “Bakı sindromu” adı veriblər.
12:50
Aprelin 28-də Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində Bakı şəhər halqasında keçirilən Formula 2 üzrə sərbəst yürüş başa çatıb.
45 dəqiqə davam edən sərbəst yürüşdə “Preme Racing” komandasının pilotu Oliver Berman birinci olub. “Hitech”in üzvü İsak Hajar yarışı ikinci, “Campos Racing”dən Kuş Maini üçüncü pillədə başa vurublar.
Bu gün saat 13:30-dan 14:30-dək Formula 1 Azərbaycan Qran-Prisinin ilk sərbəst yürüşü keçiriləcək. Saat 15:00-da Formula 2-nin, 17:00-da isə Formula 1-in sıralanma turu başlayacaq.
Formula 2 yarışında 11 komanda birincilik uğrunda mübarizə aparır. Hər komandanı iki pilot təmsil edir.
Ölkəmiz 2016-cı ildən Formula 1 yarışlarına ev sahibliyi edir. 2020-ci ildə koronavirus pandemiyası səbəbindən Bakıda Formula 1 və Formula 2 yarışları keçirilməyib. 2021-ci ildə isə yarışlar tamaşaçısız keçib.
Formula 2 çempionatı 14 mərhələdən ibarətdir. Yarışa noyabrın 24-26-da Əbu-Dabidə keçiriləcək yürüşlə yekun vurulacaq.
***
Bu gün Bakıda Formula 1 üzrə dünya çempionatının dördüncü mərhələsi – Azərbaycan Qran-Prisinə start veriləcək.
10 komandadan 20 pilotun birincilik uğrunda mübarizə aparacağı yarış trekinin uzunluğu 6 kilometrdir.
Bakı şəhər halqasında dünyanın ən məşhur pilotları – Luis Hemilton, Fernando Alonso, Sebastyan Fettel, Valtteri Bottas və digərləri yarışacaqlar.
Nadir xüsusiyyətlərə malik Bakı şəhər halqası elə qurulub ki, yarış zamanı pilotlar və milyonlarla televiziya tamaşaçıları UNESCO-nun ümumdünya mədəni irs siyahısına daxil edilmiş İçərişəhəri, paytaxtın müasir memarlıq abidələrini və Xəzərin sahilboyu hissəsini özündə birləşdirən ecazkar mənzərəni görəcəklər.
Layihənin müəllifi bütün müasir Formula 1 treklərinin memarı olan Herman Tilkedir.
Bakı şəhər halqası şəhərin tam mərkəzindən və ən gözəl məkanlarından keçir. Təşkilatçılar trekin marşrutunu seçərkən məhz bu məqama xüsusi diqqət yetiriblər. Bundan başqa, trekdə yarış avtomobillərinin hərəkəti saat əqrəbinin əksi istiqamətində olacaq.
Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir.
Yarışın start və finiş xətləri Azadlıq meydanında olacaq. Burada, həmçinin “Paddok klub”, komandaların boksları və pit-leyn qurulub.
Bu gün Formula 1 və Formula 2 üzrə sərbəst və təsnifat yürüşləri təşkil olunacaq. Aprelin 29-da Formula 1 üzrə sprint yarışlarının təsnifat və əsas, Formula 2 üzrə isə sprint yarışı keçiriləcək. Nəhayət, sonuncu gün – ayın 30-da