XƏBƏRLƏR / İdman

“Qarabağ” “Nyukasl”a 2:3 hesabı ilə uduzdu

“Köhlən atlar” bu ilki Çempionlar liqasında iştirakını başa vurdu

“Qarabağ” “Nyukasl”a 2:3 hesabı ilə uduzdu
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Nyukasl" (İngiltərə) və "Qarabağ" komandaları arasında keçirilən cavab oyunu başa çatıb.

     "Sent-Ceyms Park" stadionunda təşkil olunan görüş rəqibin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

    Ağdam təmsilçisinin heyətində Kamilo Duran və Elvin Cəfərquliyev fərqləniblər.

    İki oyunun nəticəsinə əsasən 9:3 hesabı ilə qalib gələn "Nyukasl" adını 1/8 finala yazdırıb.


    “Nyukasl” (İngiltərə) – “Qarabağ” (Azərbaycan) - 3:2 (2:0)
    Tonali, 4 (1:0), Coelinton, 6 (2:0), Duran, 50 (2:1), Botman, 52 (3:1), Cəfərquliyev, 57 (3:2)