“Qarabağ” Böyük Britaniyaya yola düşüb
Nyukasl” – “Qarabağ” oyunu fevralın 24-dən 25-nə keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək
“Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində İngiltərənin “Nyukasl” komandası ilə keçiriləcək cavab qarşılaşması üçün bu gün Böyük Britaniyaya yola düşüb.
Bununla bağlı Ağdam təmsilçisi sosial şəbəkə hesabında paylaşım edib.
Qeyd edək ki, “Nyukasl” – “Qarabağ” oyunu fevralın 24-dən 25-nə keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Bu gün Azərbaycanın "Qarabağ" komandası Çempionlar Liqasının pley-off mərhələsinin ikinci oyununda iştirak edəcək.
Qurban Qurbanovun komandası səfərdə İngiltərənin "Nyukasl" komandası ilə qarşılaşacaq. 00:00 NYUKASL (İngiltərə) - QARABAĞ (Azərbaycan)
Nyukasl, Sent-Ceyms Park. Hakim: Davide Massa (İtaliya).
İlk oyun: 6-1.
"Nyukasl" (ehtimal olunan heyət): Nik Poup, Malik Thiau, Dan Byrne, Kieran Trippier, Luis Holl, Sandro Tonali, Co Uillok, Nik Voltemade, Entoni Elanqa, Harvi Barns, Entoni Qordon.
"Qarabağ" (ehtimal olunan heyət): Mateuş Koçalski, Bədəvi Hüseynov, Kevin Medina, Mateus Silva, Elvin Cəfərquliyev, Pedro Bicalho, Marko Yankoviç, Coni Montiel, Leandro Andrade, Abdellah Zoubir, Kamilo Duran. "
"Qarabağ" pley-offdan əvvəl Çempionlar Liqasının əsas mərhələsində səkkiz oyun keçirib: Portuqaliya "Benfika"sı (3-2), Danimarka "Kopenhagen"i (2-0), İspaniya "Atletik"i (Bilbao) (1-3), İngiltərə "Çelsi"si (2-2), İtaliya "Napoli"si (0-2), Hollandiyanın "Ayaks"ı (2-4), Almaniyanın "Ayntraxt Frankfurt"u (3-2) və İngiltərə "Liverpul"u (0-6).
1 dəqiqə