XƏBƏRLƏR / İdman

Rövşən Nəcəf AFFA-nın yeni prezidenti seçildi YENİLƏNİB

O, bu posta yeganə namizəd idi

Rövşən Nəcəf AFFA-nın yeni prezidenti seçildi YENİLƏNİB
Rövşən Nəcəf
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına (AFFA) yeni prezident seçilib.

    Qurumun növbəti Hesabat-Seçki Konfransında 35 səshüquqlu nümayəndə arasında səsvermə baş tutub.

    Federasiyanın yeni rəhbəri Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf seçilib. O, bu posta yeganə namizəd idi.

    Qeyd edək ki, AFFA-ya 2008-ci ildən indiyədək Rövnəq Abdullayev rəhbərlik edib. O, bir müddət əvvəl növbəti konfransda namizəd olmayacağını açıqlayıb.

    Rövnəq Abdullayev çıxışı zamanı bildirib ki, futbola dəstəyinə görə ən böyük pay cənab Prezident İlham Əliyevindir.

    "Onun diqqəti sayəsində klublarımız sabit çıxış edirlər, heç bir maliyyə problemi yaşamırlar. Sponsorlar tapmağa çalışırıq. Ancaq sponsorsuz klub belə Premyer Liqada uğurlu çıxış edə bilir. Çempionat elə güclü səviyyədə keçir ki, artıq millimiz də yaxşı çıxış edəcək", - o qeyd edib.

    Rövşən Nəcəf isə çıxışında etimada görə təşəkkür edib. "Möhtərəm Prezidentimiz İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan idmanı inkişaf edir. Bu baxımdan futbol da inkişafdadır. Hər an bilməliyik ki, doğru yoldayıqmı, hədəfə çata biləcəyikmi".

    O, qarşıda duran hədəflərdən bəhs edib:  "Hamının çiyin-çiyinə əl-ələ verib Azərbaycan futbolunun inkişafı üçün işləməsi zəruridir. İlk olaraq hədəfləri müəyyənləşdirməliyik".

    Bu gün həmçinin AFFA-nın yeni vitse-prezidentləri müəyyənləşib.

    İcraiyyə Komitəsinin yeni tərkibdə ilk iclasından sonra qurumun rəhbəri Rövşən Nəcəf vitse-prezidentlərin adlarını açıqlayıb.

    Sərxan Hacıyev icraçı vitse-prezident, Elşad Nəsirov, Könül Mehtiyeva və Balakişi Qasımov isə vitse-prezident təyin olunublar.

    Sərxan Hacıyev eyni zamanda icraçı baş katib vəzifəsini icra edəcək.

    ***

    09:55

    Bu gün AFFA-nın hesabat-seçki konfransı keçirilir, orada Assosiasiyanın yeni prezidenti və İcraiyyə Komitəsinin yeni tərkibinin seçkiləri keçiriləcək.

    Görüş Bulvar Marriott otelində keçirilirvə saat 10:00-da başlayıb.

    AFFA prezidenti postuna yeganə namizəd SOCAR-ın rəhbəri Rövşən Nəcəfdir. İcraiyyə Komitəsinin tərkibində dəyişikliklər olacaq. Namizədlər Səməd Qurbanov, Fərid Mansurov, Xəyal Cəfərov, Qurban Qurbanov, Maqsud Adıgezyalov, Elşad Nəsirov, Balakişi Qasımov, Sərxan Hacıyev, Kənül Mehdiyeva, Zaur Axundov, Ülvi Mansurov, Leyla Xəlilova Rzazadədir.

    Qeyd edək ki, 2008-ci ildən AFFA-ya rəhbərlik edən Rövnəq Abdullayev namizədliyini irəli sürməyib.