XƏBƏRLƏR / İdman

Mərakeşdə dünyanın ən böyük stadionu tikiləcək

Mərakeş İspaniya və Portuqaliya ilə birlikdə 2030-cu il futbol üzrə dünya çempionatının finalına ev sahibliyi hüququ əldə etmək istəyir

Mərakeşdə dünyanın ən böyük stadionu tikiləcək
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Mərakeş 2030-cu ildə keçiriləcək futbol üzrə dünya çempionatı üçün tikməyi planlaşdırdığı yeni stadionun layihəsini açıqlayıb.

    “The Sun” nəşri xəbər verir ki, Əl Mənsuriyyə şəhərində tikiləcək və adı "Grand Stade de Casablanca" olacaq stadionun tutumu 115 min nəfər olacaq.

    Cəmi 500 milyon dollara başa gələcək və 2028-ci ildə tamamlanması gözlənilən stadionun Şimali Koreyanın Pxenyan şəhərindəki 114 min tamaşaçı tutumlu” Rungrado 1 May” stadionundan daha böyük olacağı gözlənilir.

    Mərakeş bu stadionun inşası ilə İspaniya və Portuqaliya ilə birlikdə 2030-cu il futbol üzrə dünya çempionatının finalına ev sahibliyi hüququ əldə etmək istəyir. İspanlar da finala Madrid və ya Barselonanın ev sahibliyi edəcəyinə ümid edirlər. Çünki həm “Real Madrid”, həm də “Barselona” 2030-cu ilə qədər stadionlarını yeniləyəcək.

    FIFA 2030 Dünya Kuboku 1930-cu ildə keçirilən ilk Dünya Kubokunun yüz illiyini qeyd edəcək və onun şərəfinə ilk dəfə çempionat üç qitədə (Avropa, Afrika və Cənubi Amerika) və altı ölkədə keçiriləcək.

    Dünya çempionatında əksər oyunların Mərakeş, İspaniya və Portuqaliyada keçiriləcəyi halda, turnirin açılış matçı Uruqvayda oynanılacaq. Turnirə ev sahibliyi edəcək digər iki ölkə Argentina və Paraqvay olacaq.