İlham Əliyev türkiyəli atletləri təltif etdi
Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı sərəncam imzalayıb
Cansu Bektaş, Qamze Altun və Nuray Güngör “Tərəqqi” medalı ilə təltif edilib. Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən, İrəvanda keçirilən ağır atletika üzrə Avropa Çempionatında qələbələrini Azərbaycan və Türkiyə arasında sarsılmaz qardaşlıq münasibətlərinin təzahürü kimi Azərbaycana həsr edən aşağıdakı Türkiyə idmançıları “Tərəqqi” medalı ilə təltif edilirlər:
Qamze Altun və Cansu Bektaş
Nuray Güngör