"Qarabağ" "Çelsi"dən xal almağı bacardı
UEFA Çempionlar Liqasının əsas mərhələsində dördücü tur keçirilib
“Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu keçirib.

Ağdam təmsilçisi Bakıda “Çelsi”ni qəbul edib. Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan qarşılaşmada qalib müəyyənləşməyib - 2:2.
QARABAĞ (Azərbaycan) – ÇELSİ (İngiltərə) - 2:2 (2:1)
Estevao, 17 (0:1), Andrade, 29 (1:1), Yankoviç, 39 pen. (2:1), Qarnaço, 53 (2:2)
4 oyundan sonra "köhlən atların" 7 xalı var.
1 dəqiqədən az