XƏBƏRLƏR / İdman

"Qarabağ"a qarşı oynamaq bizim üçün də çətin olacaq

Bunu "Çelsi"nin baş məşqçisi Enzo Mareska mətbuat konfransında deyib

"Qarabağ"a qarşı oynamaq bizim üçün də çətin olacaq
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Enzo Mareska: "Qarabağ" yaxşı komandadır. Onlara qarşı da bizim üçün çətin olacaq

    "Çelsi"nin baş məşqçisi Enzo Mareska sabah Çempionlar Liqasının 4-cü turunda Bakıda Azərbaycan "Qarabağ"ına qarşı keçiriləcək oyunla bağlı fikirlərini bölüşüb. "Çelsi"nin baş məşqçisi Enzo Mareska sabah Bakıda keçiriləcək Çempionlar Liqasının 4-cü tur matçı ilə bağlı fikirlərini bölüşüb.

    "Qarabağ"la oyun bizim üçün vacibdir. Bu mərhələdə ardıcıl üçüncü oyunumuzu qazana bilərik. Bunun çətin olacağını başa düşürük. Həftənin sonunda Premyer Liqa matçımız olduğundan, bu oyun üçün heyətimizi də dəyişdirəcəyik. Qarşıda çətin bir uçuşumuz var, amma tez uyğunlaşmalıyıq. "Qarabağ" yaxşı komandadır. Onlar "Benfika"nı (3-2) və "Kopenhagen"i (2-0) məğlub etməyi bacardılar. "Atletik Bilbao"ya qarşı liderlik etdilər, amma sonda məğlub oldular (1-3). Əlbəttə ki, onlara qarşı da bizim üçün çətin olacaq", - Mareska deyib.

    O, həmçinin komandanın liderlərindən biri olan Koul Palmerin zədə səbəbindən sabah oynamayacağı mövzusuna da toxunub: "Palmer bizim üçün vacib oyunçudur. Təəssüf ki, sabah "Qarabağ"a qarşı bizə kömək edə bilməyəcək. Onun tezliklə geri dönməsini səbirsizliklə gözləyirik."

    Mareska həmçinin Qurban Qurbanovun Ağdam klubunda məşqçi kimi uzunömürlülüyünə də toxunub: "Mən heç vaxt belə bir şey görməmişəm. Bu, inanılmazdır. Bir klubda 17 il - bu, sadəcə inanılmazdır. Komanda olaraq onlar çox güclüdürlər. Evdə intensiv oynayırlar. Çətin oyun olacaq."