XƏBƏRLƏR / İdman

U-15 dünya çempionatı: Millimiz daha iki matç keçirəcək

Famil Xəlilovun baş məşqçi olduğu komanda İsrail və Haiti yığması ilə qarşılaşacaq

U-15 dünya çempionatı: Millimiz daha iki matç keçirəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalında bu gün daha iki matç keçirəcək.

    Famil Xəlilovun baş məşqçi olduğu komanda saat 11:30-da İsrail millisi ilə qarşılaşacaq.

    U-15 millisi ikinci görüşünü saat 18:15-də Haiti yığmasına qarşı keçirəcək.

    Hər iki görüş Hövsan Yarış Kompleksinin 10A meydançasında baş tutacaq.

    Xatırladaq ki, U-15 millimiz daha əvvəl keçirdiyi görüşlərdə Timor-Leste yığmasını 6:0, Andorranı 1:0 hesabı ilə məğlub edib. Avstraliya millisinə isə 1:3 hesabı ilə uduzub.

    Turnirdə dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edirlər. Çempionat çərçivəsində 1000-ə yaxın oyun baş tutacaq.

    Oktyabrın 30-da başa çatacaq U-15 dünya çempionatı Hövsan Yarış Kompleksində keçirilir. Turnirin final görüşü Bakı Kristal Zalında gerçəkləşəcək.