XƏBƏRLƏR / İdman

Bakıda taekvondo üzrə 26-cı dünya çempionatının açılışı oldu

Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər

Bakıda taekvondo üzrə 26-cı dünya çempionatının açılışı oldu
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Mayın 29-da Bakıda taekvondo üzrə 26-cı dünya çempionatının açılış mərasimi keçirilib.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.

    Qeyd edək ki, Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə və Dünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edən çempionat “Öz gücünü alovlandır” şüarı altında təşkil olunub. İyunun 4-dək “Baku Crystal Hall”da keçiriləcək 26-cı dünya çempionatında 145 ölkədən 949 taekvondoçu 16 çəki dərəcəsində mübarizəyə qoşulub. Dünya çempionu olacaq idmançı aktivinə 140 reytinq xalı əlavə edəcək.