XƏBƏRLƏR / İdman

"Qarabağ"-"Çelsi" oyununun biletləri sabah satışa çıxarılır

Bu barədə Azərbaycan klubu məlumat yayıb

"Qarabağ"-"Çelsi" oyununun biletləri sabah satışa çıxarılır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • UEFA Çempionlar Liqasının əsas mərhələsində keçiriləcək "Qarabağ" - "Çelsi" (İngiltərə) oyununun biletləri sabah satışa çıxarılacaq.

    Bu barədə Azərbaycan klubu məlumat yayıb.

    Satışa oktyabrın 29-da saat 15:00-dan start veriləcək.

    Standart biletlərin qiyməti 10, 15, 25, 35, 40, 50, 75 manat, VIP sektorlar üçün 200, 250, 300 və 400 manat, VVIP sektorlar 1000 manatdır.

    Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər.

    Qeyd edək ki, noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də start götürəcək.