XƏBƏRLƏR / İdman

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Avropa çempionatında Azərbaycanı ümumilikdə 13 cüdoçu təmsil edir

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycan cüdoçusu Hidayət Heydərov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında yarımfinal görüşünə çıxıb.

    73 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finala gedən yolda moldovalı Adil Osmanovla qarşılaşıb.

    Rəqibinə qızıl xal bölümündə qalib gələn H. Heydərov həlledici görüşə vəsiqə qazanıb. O, finalda Danil Lavrentev (AIN) – Con-Benjamin Qaba (Fransa) cütünün qalibi ilə üz-üzə gələcək.

    Bu gün mübarizəyə qoşulan digər Azərbaycan cüdoçuları - Rəşid Məmmədəliyev (73 kiloqram) və Zelim Tçkayev (81 kiloqram) isə turniri medalsız başa vurublar.

    Qeyd edək ki, yarışın ilk günündə Balabəy Ağayev (60 kiloqram) gümüş medalın sahibi olub. Aprelin 27-dək davam edəcək Avropa çempionatında Azərbaycanı ümumilikdə 13 cüdoçu təmsil edir.