XƏBƏRLƏR / İdman

“Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan Premyer Liqasının VIII turu

“Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Premyer Liqasının VIII turunda "Qarabağ" və "Neftçi" komandaları arasında matç başa çatıb.

    Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş 3:3 hesablı heç-heçə ilə yekunlaşıb.

    Qonaq komandanın heyətində Qustavo Klisman 11-ci və 34-cü dəqiqələrdə fərqlənərək dubl edib. “Neftçi”nin üçüncü qoluna 52-ci dəqiqədə Draqolyub Saviç imza atıb. Ağdam klubunun heyətində isə 18-ci dəqiqədə Aleksey Kaşuk, 89-cu dəqiqədə Renaldo Sefas, 90+3-cü dəqiqədə Kadi Borqes adını tabloya yazdırıb.

    Bu nəticədən sonra “ağ-qaralar" 17 xalla turnir cədvəlinin ikinci, eyni xala malik “köhlən atlar" isə üçüncü pilləsində qalıb.