Bu gün millimiz səfərdə Lixtenşteynlə görüşəcək
Yığma komandamız Millətlər Liqasının D2 qrupunda son oyununu keçirəcək
Bu gün futbol üzrə Azərbaycan milli komandası Millətlər Liqasının D2 qrupunda son oyununu keçirəcək.
Ayxan Abbasovun komandası səfərdə Lixtenşteyn yığması ilə qarşılaşacaq.
23:45 LİXTENSŞTEYN – AZƏRBAYCAN
Vaduz, Rhinepark stadionu.
Baş hakim – Kristo Tohver (Estoniya).
Lixtenşteyn (təxmini heyət): Benjamin Büxel, Lars Traber, Maks Qoeppel, Yens Hofer, Yonas Vayssenhofer, Marsel Büxel, Nikolas Hasler, Alessio Hasler, Aron Seele, Kenni Kindl, Alessandro Lo Russo.
Baş məşqçi: Konrad Fünfstük.
Azərbaycan (təxmini heyət): Emil Balayev, Elvin Bədəlov, Bədavi Hüseynov, Anton Krivotsyuk, Qismət Əliyev, Rüfət Abbasov, Abdula Xaybulayev, Oruc Məmmədov, Aleksey İsaev, Toral Bayramov, Mahir Əmrəli.
Baş məşqçi: Ayxan Abbasov.
Milli bundan əvvəll Litva (səfər – 1:1, evdə – 1:0) və Lixtenşteyn (evdə – 0:0) hesabı ilə oynayıb.
| O | Udb | Н | Udz | T | X | |
| Azərbaycan | 3 | 1 | 2 | 0 | 2-1 | 5 |
| Litva | 3 | 1 | 1 | 1 | 3-2 | 4 |
| Lixtenşteyn | 2 | 0 | 1 | 1 | 0-2 | 1 |
1 dəqiqədən az