XƏBƏRLƏR / İdman

Futbol üzrə Azərbaycan millisi bir pillə irəliləyib

FIFA reytinqi dərc edilib

Futbol üzrə Azərbaycan millisi bir pillə irəliləyib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • FIFA futbol üzrə milli komandaların reytinq siyahısını yeniləyib.

    Azərbaycan millisi əvvəlki ilə müqayisədə bir pillə irəliləyib.

    Ötən reytinqdə 1177.83 xalla 112-ci olan yığma 111-ci sıraya yüksəlib. Buna milli komandanın Macarıstanda keçirdiyi yoldaşlıq oyununda Qazaxıstana 3:2 hesabı ilə qalib gəlməsi səbəb olub.

    Fernandu Santuşun başçılıq etdiyi yığmanın aktivində 1179.88 xal var.

    Qeyd edək ki, reytinq cədvəlinin ilk 3 pilləsində heç bir dəyişiklik baş verməyib. Siyahıya son dünya çempionu Argentina (1860.14) başçılıq edir. Fransa (1837,47) ikinci, Belçika (1797,98) üçüncüdür.