XƏBƏRLƏR / İdman

“Borussiya Dortmund” oktyabrın 18-i Bakıda olacaq

Bu barədə “Sabah” klubundan bildirilib

“Borussiya Dortmund” oktyabrın 18-i Bakıda olacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda “Sabah”la qarşılaşacaq “Borussiya Dortmund”un Bakıya gəliş tarixi bəlli olub.

    Bakı klubundan bildirilib ki, Almaniya təmsilçisi oktyabrın 18-i axşam saatlarında Azərbaycanda olacaq.

    Komanda “Absheron Marriott” hotelində məskunlaşacaq.

    Qeyd edək ki, oktyabrın 20-də Bakı Olimpiya Stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq.