XƏBƏRLƏR / İdman

Ceyhun Bayramov "Qarabağ" matçını stadiondan izləyib

Bu barədə Azərbaycan XİN-in "X" hesabında paylaşım edilib

Ceyhun Bayramov "Qarabağ" matçını stadiondan izləyib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və onu müşayiət edən nümayəndə heyəti İtaliyaya rəsmi səfər çərçivəsində Neapolda UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunun oyununda "Napoli" - "Qarabağ" qarşılaşmasını izləyib.

    Bu barədə Azərbaycan XİN-in "X" hesabında paylaşım edilib.

    "Bu, Azərbaycanın Avropa futbolunda güclü mövqeyini və milli çempionlarımızı beynəlxalq arenada dəstəklədiyini nümayiş etdirən qürurverici an olub", - paylaşımda vurğulanıb.

    C. Bayramov da öz səhifəsində paylaşım edib, "Qarabağ"ın Azərbaycanı Avropada qürurla təmsil etdiyini vurğulayıb.

    "Oyun başa çatdıqdan sonra "Qarabağ" FK-nın prezidenti Tahir Gözəl ilə birlikdə futbolçularımızı salamladıq və Avropanın ən güclü klublarından biri olan "Napoli"yə qarşı göstərdikləri qətiyyətli çıxışa görə minnətdarlığımızı bildirdik. Onlara qarşıdakı oyunlarda davamlı uğurlar arzuladım", - nazir bildirib.