Dünya kuboku yarışlarının ilk qalibləri müəyyənləşib
Azərbaycan gimnastları Zöhrə Ağamirova 122,050 xalla səkkizinci, Alina Gözəlova isə 112 xalla 27-ci olublar
Bakıda keçirilən bədii gimnastika üzrə dünya kuboku yarışlarının ilk qalibləri müəyyənləşib.
Çoxnövçülük üzrə fərdi yarışlarda Bolqarıstan idmançısı Stiliana Nikolova 133,800 xalla qızıl medal qazanıb. İtaliya gimnastı Sofiya Raffaeli 129,700 xalla turniri ikinci, bolqarıstanlı digər idmançı Eva Brezalieva 126,300 xalla üçüncü pillədə başa vurublar.
Azərbaycan gimnastları Zöhrə Ağamirova 122,050 xalla səkkizinci, Alina Gözəlova isə 112 xalla 27-ci olublar.