XƏBƏRLƏR / İdman

Sabah “Qarabağ”ı mindən çox azarkeş dəstəkləyəcək

Qeyd edək ki, “Napoli” -“Qarabağ” matçı noyabrın 25-də “Stadio Diego Armando Maradona” stadionunda start götürəcək

Sabah “Qarabağ”ı mindən çox azarkeş dəstəkləyəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • “Qarabağ”ı İtaliyada “Napoli”yə qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyununda 1000-dən çox azarkeş dəstəkləyəcək.

    Bu barədə klubun Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev məlumat verib.

    O bildirib ki, “Napoli”yə qarşı matçda tribunada 1100 azərbaycanlı fanat olacaq.

    Qeyd edək ki, “Napoli” -“Qarabağ” matçı noyabrın 25-də yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə 00:00-da) “Stadio Diego Armando Maradona” stadionunda start götürəcək.